Luis Bono bu həftə Cənubi Qafqaza səfər edəcək

saytların hazırlanması

Evə çatdırılma

Luis Bono bu həftə Cənubi Qafqaza səfər edəcək

Rəsmi

01 Avqust 2023 12:50 3267


ABŞ Dövlət Departamentinin Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri Luis Bono bu həftə Cənubi Qafqaza səfər edəcək.

Yenisabah.az “Azadlıq” radiosuna istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyindən məlumat verilib.

İrəvanda Bono ABŞ-ın sülh prosesinə dəstəyini və davamlı və layiqli sülhə nail olmağın ən yaxşı yolunu müzakirə edəcək. pizza sifarişi

ABŞ səfirliyinin bəyanatında deyilir: “Biz ardıcıl olaraq bəyan etmişik ki, regionda sülhün bərqərar olması Dağlıq Qarabağ əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsini əhatə etməlidir. Biz Cənubi Qafqaz xalqlarına sülh və sabitlik gətirəcək istənilən prosesi dəstəkləməyə hazırıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!