“Napoli”nin futbolçusu Romelu Lukaku UEFA Çempionlar Liqasının Liqa mərhələnin matçlarında iştirak edə bilməyəcək.
Yenisabah.az xəbər verir ki, İtaliya klubu zədə səbəbindən belçikalı hücumçunun adını turnirin Liqa mərhələsi üçün iştirak ərizəsinə daxil etməyib.
Bud nahiyəsindən zədə alan Lukakunun 3-4 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Dominos pizza
Xatırladaq ki, “Napoli” UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən biridir. Komandalar noyabrın 25-də İtaliyada üz-üzə gələcək.
Telegram kanalımız