Lukaşenko Azərbaycana gəlir

saytların hazırlanması

Evə çatdırılma

Lukaşenko Azərbaycana gəlir

Siyasət

15 May 2024 19:16 782


Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfərə gəlir.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparacaq. İki liderin görüşü təkbətək formatda və nümayəndə heyətləri üzvlərinin iştirakı ilə geniş tərkibdə keçiriləcək. Dördpendirli pizza

Prezidentlər müxtəlif sahələrdə, o cümlədən ticari-iqtisadi əlaqələrin genişləndirilməsi, sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi vurğulanmaqla, ikitərəfli münasibətlərin aktual məsələlərini nəzərdən keçirəcəklər.

Danışıqların digər mövzusu Belarus və Azərbaycan arasında beynəlxalq platformalarda və inteqrasiya birliklərində əməkdaşlıq olacaq. Dövlət başçıları regionda və bütövlükdə dünyada vəziyyəti müzakirə edəcəklər. Danışıqların yekunu olaraq ikitərəfli sənədlər paketi imzalanacaq.

Bakıda Aleksandr Lukaşenko və İlham Əliyev Azərbaycanın beynəlxalq kənd təsərrüfatı sərgisi olan “Caspian Agro”ya baş çəkəcək, burada Belarus və Azərbaycanın ekspozisiyaları, kənd təsərrüfatı sahəsində birgə layihələrin həyata keçirilməsi ilə tanış olacaqlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!