Lukaşenko azərbaycanlı biznesmenə “Şərəf” ordeni verdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Lukaşenko azərbaycanlı biznesmenə “Şərəf” ordeni verdi - Foto

İqtisadiyyat

23 Noyabr 2019 15:52 1600


Belarus Prezidenti Aleksandr Lukaşenko azərbaycanlı biznesmeni “Şərəf” ordeni ilə təltif edib. 

"Yeni Sabah" xəbər verir ki, bu barədə prezidentin mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, ölkə başçısının imzaladığı əmrlə “Ulu Göyçə” tikinti və investisiya şirkətinin direktoru İsmayılov Vasif Sultan oğlu “Şərəf” ordeni ilə təltif olunub.  pizza

Azərbaycanlı iş adamı bu dövlət mükafatına Belarusla Azərbaycan arasındakı ticari-iqtisadi əlaqələrin və investisiya əməkdaşlığının inkişafındakı mühüm şəxsi töhfəsinə görə layiq görülüb. 

İsmayılov Vasif Sultan oğlu Minskdə Mayakovski və Aranskaya küçələrinin kəsişməsində inşa edilən biznes mərkəzinin investorlarından biri kimi tanınır.  

O, eyni zamanda, Azərbaycan Ticarət Evinin yerləşdiyi “Abşeron” çoxfunksiyalı kompleksin inşasında da iştirak edib.  

2013-cü ildə onun şirkəti Belarusun Azərbaycandakı səfirliyinin yeni binasını inşa edib. /oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!