Lukaşenko: Ermənistana çox kömək etdik, amma...

saytların hazırlanması

Evə çatdırılma

Lukaşenko: Ermənistana çox kömək etdik, amma...

Dünya

12 Sentyabr 2024 15:41 565


Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanla yaxşı münasibətlərin qorunmasının tərəfdarı olduğunu bildirib.

Yenisabah.az BelTA-ya istinadla xəbər verir ki, bu barədə o, Belarusda yaşayan müxtəlif millətlərin nümayəndələri ilə görüşdə danışıb:

“Yaxşı olardı ki, bütün çatışmazlıqlara və nüanslara baxmayaraq, əvvəlki kimi Ermənistanla yaxşı münasibətlər quraq. İnanın ki, bu, qətiyyən bizim günahımız deyil. Biz ermənilərə hər cür kömək etməyə çalışdıq, ən yaxın adamlarla əməkdaşlıq etdik, hər cür köməklik etdik. Amma görürsüz, mən Qərbə, Aİ-yə girmək istəyirlər. Sezar pizza

O hansı Qərbdir? Qərblə, amerikalılarla əməkdaşlığa qarşı deyilik, amma onların siyasətini görürsünüz... Sabah Amerikada hakimiyyətə yeni rəhbərlik gələrsə, siyasət tamamilə fərqli olacaq. Onların vərdişləri belədir: “Sən kimsən? Biz sizi tanımırıq!” Bu, onların siyasətidir. Mən bu barədə mütəmadi olaraq rəhbərliyinizə demişəm. Mən çox görmüşəm. Onlara etibar etmək olmaz.

Ermənilər çox ağıllı insanlardır. Yaxın gələcəkdə onlar xoşbəxtliyin harada olduğunu anlayacaqlar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!