Lukaşenko həyətində  qarpız yetişdirir

saytların hazırlanması

Evə çatdırılma

Lukaşenko həyətində qarpız yetişdirir

Maraqlı

25 Avqust 2021 12:47 1469


Belarus Prezidenti Aleksandr Lukaşenko bağ sahəsində qarpız yetişdirir.

Yenisabah.az xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidmətinin internet saytında məlumat dərc edilib.

Mətbuat xidməti Lukaşenkonun sözlərini sitat gətirib: "Qarpızlar, bir növ, PiaR üçün deyil... Mən təcrübə aparıram, lazım olanı görürəm. Çünki insanları yedizdirmək bir nömrəli məsələdir". Pepperoni pizza

Prezidentin izah etdiyi kimi, bu yolla Belarus alimlərinin araşdırmalarını şəxsən yoxlayır.

Daha əvvəl Lukaşenko yaşadığı ərazidə kartof və digər bitkilər yetişdirdiyini, məhsulu uşaq və qocalar evlərinə göndərdiyini bildirib.

Dövlət başçısının dediyinə görə, onu qınayacaq heç bir şey yoxdur, o, sadə adam, kəndçidir və "ömrünün sonuna qədər belə qalacağam".

Prezident şəxsi həyətində 11 inək və keçi saxladığını deyib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!