Maaşlarla bağlı   YENİLİK - Prezident təsdiqlədi

saytların hazırlanması

Evə çatdırılma

Maaşlarla bağlı YENİLİK - Prezident təsdiqlədi

Siyasət

17 Yanvar 2026 14:49 51048


Əmək haqqının verilməsi müddətləri qaydalarında dəyişiklik edilib.

"Yeni Sabah" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Daha əvvəl aylıq əmək haqqı işçilərə bir qayda olaraq iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməli idi. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməli idi. Dördpendirli pizza

Qanuna əsasən, əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir. Tərəflərin qarşılıqlı razılığı ilə aylıq əməkhaqqı iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilə biləcək./Trend.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Adam
    Müharibə əlillərinin pensiyalarını vaxtında verin 15dən 15nə idi indi 20dən 30na aparıblar
    4 months ago