Macarıstan - Azərbaycan matçı azarkeşsiz keçiriləcək   - Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

Macarıstan - Azərbaycan matçı azarkeşsiz keçiriləcək - Rəsmi

İdman

23 Sentyabr 2019 16:22 998


AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Macarıstan – Azərbaycan oyunu azarkeşsiz keçiriləcək.

"Yeni Sabah" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı Avropa futbol qurumunun Nəzarət, Etika və İntizam Komitəsi qərar qəbul edib. Sanksiyaya səbəb Macarıstan yığmasının azarkeşlərinin sentyabrın 9-da Slovakiya ilə ev oyunu zamanı irqçi davranışlara yol vermələridir.

Həmçinin fanatlar pirotexniki maddələrdən istifadə etməklə yanaşı, meydana yad cismlər atıblar. Baş verənlərə görə Macarıstan Futbol Federasiyasına 67,125 avro cərimə kəsilib. Dördpendirli pizza

Sözügedən oyunda Slovakiya azarkeşləri də irqçi davranışlara yol veriblər. Bu səbəbdən 10 oktyabr 2019-cu il tarixində Slovakiya – Uels qarşılaşması da boş tribunalar önündə oynanılacaq. Slovakiya Futbol Assosiasiyası isə 20,000 avro ilə cərimə ödəyəcək.

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 9-da Bəhreynlə səfərdə yoldaşlıq oyunu keçiriəcək. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv 4 gün sonra Macarıstan kollektivinin qonağı olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!