Mağaza oğruları həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Mağaza oğruları həbs edildi

Kriminal

11 Avqust 2019 07:03 1166


Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu ilin mart-iyun aylarında rayon ərazisindəki bir mağazadan beş mobil telefon, iki avtomobildən akkumulyator, habelə iki evin həyətindən velosiped oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Yeni Sabah”a daxil olan xəbərə görə, rayon polis idarəsinin 4-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 300 manat oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini olan yeniyetmə yaxalanılıb.

Xəzər Rayon Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə avqustun 5-də və 6-da rayon ərazisindəki iki evdən musiqi aləti, pul və bijuteriya oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Nəzərov tutulub. pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!