Bakıda marketlərdən oğurluq edən şəxslər saxlanılıblar.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, Xəzər rayonunda yerləşən marketlərin birindən 12600 manat oğurlanıb.
Əməli törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakini 30 yaşlı C.Qasımlı saxlanılıb. Marqarita pizza
Səbail rayonu ərazisində də analoji hadisə baş verib. Marketlərin birindən 1133 manat oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar 24 yaşlı İ.Həsənov və 34 yaşlı Ş.Xudiyeva saxlanılıblar.
Faktlarla bağlı araşdırma aparılır.
Telegram kanalımız