Azərbaycan Premyer Liqasında 2018-2019 mövsümünün ən sərrast futbolçusu müəyyənləşib.
"Yeni Sabah"ın məlumatına görə, başa çatan çempionatın bombardiri "Qarabağ"ın hücumçusu Mahir Mədətov olub. Son tura qədər "Neftçi"dən Baqali Dabo ilə zirvəni bölüşdürən futbolçu bugünkü oyunda "ağ-qaralar"ın qapısına 2 dəfə yol tapmaqla, qollarının sayını 16-ya çatdırıb və 14 qolu olan fransalı hücumçunu qabaqlayıb.
"Qəbələ"nin yarımmüdafiəçisi Ceyms Adeniyi isə 10 qolla bombardirlərin yarışında üçüncü olub. pizza mizza
Telegram kanalımız