Mahir dubl etdi, komandası uduzdu

saytların hazırlanması

Evə çatdırılma

Mahir dubl etdi, komandası uduzdu

İdman

19 Aprel 2025 19:35 377


Mahir Emrelinin çıxış etdiyi "Nürnberq" Bundesliqa 2-də növbəti oyununu keçirib.

Yenisabah.az xəbər verir ki, Miroslav Klozenin baş məşqçisi olduğu komanda doğma meydanda "Paderborn" ilə qarşılaşıb. 

Oyunda erkən qol vurulub. Mahir Emreli 2-ci dəqiqədə komandasını irəli çıxarıb. Amma qonaqlar 3 qol vuraraq hesabda üstünlüyü ələ keçiriblər. Marqarita pizza

Milli komandmızın üzvünün 90+2-ci dəqiqədə vurduğu qol yekun hesabı müəyyənləşdirib - 2:3.

Qeyd edək ki, "Nürnberq" hazırda 44 xalla Bundesliqa 2-də 8-ci yeri tutur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!