“Makarov“, “Kalaşnikov“, 13 kq narkotik... - Əməliyyat

saytların hazırlanması

Evə çatdırılma

“Makarov“, “Kalaşnikov“, 13 kq narkotik... - Əməliyyat

Kriminal

11 Yanvar 2023 18:06 780


Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin satışı ilə məşğul olan və silahlı şəxslərə qarşı silsilə əməliyyatlar keçirib. 

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, keçirilən tədbirlər zamanı Abdulla Yolbarsov, Elvin Mustafayev İsmayıl Əliyev isə narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilindiyi üçün saxlanılıblar. Abdulla Yolbarsov və Elvin Mustafayevdən 1 ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus daraq, 7 ədəd patron, 1 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar olunaraq götürülüb.

İsmayıl Əliyevdən isə 6 ədəd bağlamada qablaşdırılan ümumilikdə 13 kiloqram narkotik vasitə heroin aşkar edilib. Bundan əlavə Baş İdarə əməkdaşları tərəfindən ayrı-ayrı şəxslərdən 1 ədəd “Kalaşnikov” markalı avtomat və 1 ədəd ov tüfəngi aşkarlanıb. pizza hut

Qeyd olunan faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!