Makronun Ermənistana səfəri baş tutmaya bilər 

saytların hazırlanması

Evə çatdırılma

Makronun Ermənistana səfəri baş tutmaya bilər 

Dünya

18 Sentyabr 2024 15:52 401


Nikol Paşinyan oktyabrın 4-5-də keçiriləcək 19-cu Frankofoniya sammitinə dəvət olunduqdan sonra Fransa prezidenti Emmanuel Makronun Ermənistanın müstəqillik günü ilə bağlı səfəri perspektivi daha da azalıb. 

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti məlumat yayıb. 

“Fransanın Avropa və xarici işlər naziri Stefan Sejurnenin Ermənistana səfəri və Paşinyanın dəvət olunması Makronun Ermənistana gəlməyəcəyi təəssüratı yaradır.  Sezar pizza

 Xatırladaq ki, 2021-ci il iyunun 1-də Paşinyan Parisdə sentyabrın 21-də “İrəvanda Makronu gözlədiyini” bildirmişdi. Lakin sonuncunun səfəri baş tutmamışdı. Bu yaxınlarda Makronun bu ilin sentyabrın 21-də gələcəyinə dair məlumatlar da yayıldı. Hökumətyönlü təbliğat maşını bunu Makronun Ermənistan hakimiyyətinə dəstəyi kimi təqdim etməyə çalışdı. Bununla bağlı Hətta Fransa meydanında abadlıq işlərinə başlanılmışdı”,-deyə qəzet qeyd edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!