Mal əti maya dəyərindən baha satılıb - Dövlət Komitəsi

saytların hazırlanması

Evə çatdırılma

Mal əti maya dəyərindən baha satılıb - Dövlət Komitəsi

Sosial

04 Fevral 2025 17:03 455


Dövlət Statistika Komitəsindən (DSK) açıqlanan sonuncu məlumatda göstərilir ki, Azərbaycanda iribuynuzlu mal-qaranın ətinin maya dəyəri 4 manat 40 qəpik olub.

Yenisabah.az yeniavaz.com-a istinadla xəbər verir ki, komitənin rəsmi açıqlamasında mal ətinin topdansatış qiymətinin 5 manat 10 qəpik olduğu göstərilib.

DSK eyni dövr üçün mal ətinin pərakəndə satış qiymətini də açıqlayıb. Açıqlanan məlumatlara görə, mal ətinin topdansatış qiymətinin 5 manat 10 qəpik olduğu dövrdə mağazalarda satılan sümüklü mal ətinin qiyməti 14 manat, sümüksüz mal ətinin qiyməti isə 16 manat 30 qəpik olub. Sezar pizza

Rəsmi statistikadan da göründüyü kimi, Azərbaycanda mal əti maya dəyərindən 3 dəfə baha satılıb.

Onu da bildirək ki, mal ətinin baha satılmasının səbəbləri ilə bağlı mətbuatda və sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirilib. Bu fikirlərdən biri də, bu sahədə fəaliyyət göstərən şəxslərin rəsmi statistikaya düşməyən qeyri-rəsmi ödənişlər etməsi ilə bağlıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    BU STATİSKA GÖSTƏRİRKİ DÖVLƏT ORQANLARI ZƏİF İŞLƏYİRLƏR. ÖLKƏDƏ. ƏSİL DƏRƏBƏYLİKDİR. QANUNLAR İŞLƏMƏYİR.
    1 year ago