Amil Xəlilin təqdimatında Space Tv də yayımlanan "Olar? Olmaz!" verilişində növbəti araşdırma tamaşaçılara təqdim edilib.
“Yeni Sabah” xəbər verir ki, teleaparıcı bu dəfə kasıb qadının oğurlanan mal-qarasından danışıb. Belə ki, Şölə xanım iddia edib ki, onun mal-qarasını qonşusu Ramin oğurlayıb. Amma hələ də 3 ildir o cəzalandırılmır. Yaşayışı üçün heyvandarlıqla məşqul olduğunu deyən xanımın iddiaları əsasında Amil Xəlil adı çəkilən Ramin bəyin evinə yollanıb. Adam evdə olmasa da telefonla açıqlama verib. O qeyd edib ki, inəklərin oğurlanmasında əli yoxdu:
"Danışım bilin. Mən sürücüyəm. Mənə dedilər ki, heyvanları aparmaq lazımdır. Mən də sürdüm yüklədilər apardım. Mən hardan bilərdim ki, inəklər oğurluqdur"-deyə, qonşu Ramin açıqlama verib. Amil Xəlilin "Bəs siz görmürdünüz ki, bu qonşunuzdur ya yox, bu adamlar kimdir?" sualına o özünə uyğun cavab verib. Pepperoni pizza
Sonda teleaparıcı "Ramin bəyi dinlədik, eşitdik, açıqlamasına hörmətlə yanaşmaq istərdim amma inanmadım,. El dilində desəm nətər ola bilər ki, bu boyda oğurluq olur və oğurlanan mallar Şölə xanımın qonşusunun maşınında aparılır. Yəni bu qədər yaxın təsadüf? Sizi bilmirəm amma mən bu cür təsadüflərə təsadüfən inanaram. O da ildə ayda bir. Bu mövzuda isə beynimdə bir çox suallar yarandı. Niyə oğurlanan iri buynuzlu heyvanlar məhz qonşunun maşını ilə uzaq bölgəyə aparılır .Bu sualı əminəm ki, çoxumuz izləyərkən verdik". şərhini verib.
Telegram kanalımız