Malayziya gəmiləri İrana rüsum ödəməyəcək

saytların hazırlanması

Evə çatdırılma

Malayziya gəmiləri İrana rüsum ödəməyəcək

Dünya

31 Mart 2026 13:30 304


Malayziya gəmiləri İrana rüsum ödəmədən Hörmüz boğazından keçə biləcəklər.

"Yeni Sabah" Bloomberg-ə istinadla xəbər verir ki, bunu Malayziyanın nəqliyyat naziri Entoni Lok Siyu Fuk bildirib.

"İran səfiri qeyd edib ki, Malayziya gəmilərinə heç bir rüsum tətbiq olunmayacaq. Biz onlarla dost tərəfik və İran hökuməti ilə yaxşı diplomatik münasibətlərimiz var", - nəqliyyat naziri vurğulayıb. pizza sifarişi

İran Hörmüz boğazından keçmək üçün gəmilərdən rüsum alacaq qanun hazırlayır. Bu, bir çox gəmi sahibinin artıq qarşılaşdığı bir sistemi rəsmiləşdirəcək: Tehran heyət üzvlərinin məlumatlarını və vasitəçilər vasitəsilə daşınan yüklərin siyahısını tələb edir və bəzən gəmidən haqq alır.

Malayziya İranın özünümüdafiə hüququnu dəstəkləyir və Yaxın Şərqdəki münaqişənin həlli üçün mübarizə aparır. Martın 28-də Malayziya XİN İranın 7 Malayziya tankerinin Hörmüz boğazından keçməsinə icazə verdiyini açıqlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!