Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərinə qanunsuz səfər etdiyi üçün haqqında 15 sutka inzibati həbs cəzası kəsilən müğənni Manaf Ağayev həbsinin təfərrüatı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Yenisabah.az "Teleqraf.com" xəbər verir ki, Manaf Ağayev bu sözləri deyib:
"Mənim 60 yaşım var, nə bizi saxladılar, nə də bizə söz dedilər. Biz kimik ki, polisə nəsə deyək?! Hadisənin üstündən dörd ay keçib, polisə necə müqavimət göstərə bilərdim? Elə bir kişi var ki, polisə müqavimət göstərsin?! Manafı istəməyənlər, "Manaf Ağayev avtomobillə buradan keçdi, xətti tapdaladı" və sair deyirlər". pizza hut
Qeyd edək ki, Qafqazinfo.az saytı müğənninin 4 ay əvvəlki həbsi ilə bağlı bir sıra təfərrüatları yayıb.
Telegram kanalımız