“Mançester Siti” çətinliklə qələbə qazandı

saytların hazırlanması

Evə çatdırılma

“Mançester Siti” çətinliklə qələbə qazandı

İdman

23 Aprel 2025 11:16 262


İngiltərə Premiyer Liqasının 34-cü turunda “Mançester Siti” doğma divarlar arasında “Aston Villa”nı qəbul edib. Oyun “mavilər”in 2-1 hesablı qələbəsi ilə yekunlaşıb.

Yenisabah.az xəbər verir ki, 7-ci dəqiqədə Bernardo Silvanın qolu ilə önə keçən “şəhərlilər” 18-də Markus Reşfordun penalti qoluna mane ola bilməyib. Lakin əzmkar oyun nümayiş etdirən “Mançester Siti” 90+4-də Mateus Nunezin qolu ilə çətinliklə də olsa qələbə qazanmağı bacarıb.

Bu nəticə ilə son çempion xallarının sayını 61-ə yüksəldib və 3-cü pillədə qərarlaşıb. 57 xalda qalan “Aston Villa” isə 7-ci pilləyə geriləyib. Yekuna 4 həftə qalmış hər 2 klub Çempionlar Liqasına vəsiqə şanslarını saxlayır. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!