“Mançester Siti” və İtaliyanın “Yuventus” klublarının futbolçuları ABŞ-də keçiriləcək klublararası dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanıblar.
Yenisabah.az xəbər verir ki, "Mançester Siti" Atlantada BƏƏ-nin "Əl-Ayn" klubunu 6:0 hesabı ilə darmadağın edib.
"Yuventus" da mərakeşli "Vidad"ı 4:1 hesabı ilə məğlub edib. Pepperoni pizza
İndi "Yuventus" və "Mançester Siti" hərəyə 6 xalla G qrupuna başçılıq edirlər. "Vidad" və "Əl-Ayn"ın xalları yoxdur, bu komandalar pley-offa çıxmaq şanslarını itiriblər.
Üçüncü turda “Yuventus” “Mançester Siti”, "Vidad" isə “Əl-Ayn”la qarşılaşacaq. Qarşılaşmalar iyunun 26-da keçiriləcək.
Həmçinin bazar ertəsi gecə Avstriya “Zalsburq”u Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandası ilə 0:0 hesabı ilə qarşılaşıb. Qarşılaşma Vaşinqtonda keçirilib.
H qrupunda İspaniya “Real”ı və “Zalsburq” hərəyə 4 xalla liderdir. Sonrakı yerdə “Əl-Hilal” (2) və meksikalı “Paçuka”dır.
Qrup mərhələsinin final, üçüncü turunda “Zalsburq” “Real”, “Əl-Hilal” “Paçuka” ilə qarşılaşacaq. Qarşılaşmalar iyunun 27-də keçiriləcək.
Telegram kanalımız