İngiltərənin ən titullu klublarından olan “Mançester Yunayted”in qapıçıları sosial şəbəkələrdə məsxərəyə qoyulub. Andre Onanın “Lyon”la baş tutan Avroliqa oyununda etdiyi kobud səhvlər azarkeşlər tərəfindən bir mənalı qarşılanmayıb.
Yenisabah.az xəbər verir ki, mövsüm ərzində kobud səhvləri ilə yadda qalan Andre Onana və Altay Bayındırın “qırmızı şeytanlar”a layiq qapıçı olmadığını bildirən azarkeşlər, “Mançester Yunayted”in heyətini “dovşan ferması” adlandırıb. Bir çox sosial şəbəkə istifadəçi isə keçmiş qapıçı David Dexeyanın komandadan göndərilməsinin kluba baha başa gəldiyini vurğulayıb.
Qeyd edək ki, “mankuniyanlar”ın 3-cü qapıçısı Tom Hiyton isə bu mövsüm ümumiyyətlə heç bir rəsmi oyuna çıxmayıb. Klub daha bu yay yeni qapıçı transfer edəcəyini açıqlamışdı. Sezar pizza
Nazim Hacıyev
Telegram kanalımız