Cənubi Qafqazın bütün vətəndaşları üçün sülhün təmin edilməsi maraqları naminə Avropa İttifaqı regiondakı vəziyyəti izləməkdə davam edir.
Yenisabah.az Armenpress-ə istinadla xəbər verir ki, bunu Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos deyib.
Səfir əhaliyə humanitar yardımın göstərilməsi haqqında sazişin əhəmiyyətini vurğulayıb.
Maraqos bildirib:“Piter Stanonun bəyanatı yayılıb. Biz bu regionda sülhün və regionda yaşayan bütün vətəndaşların xeyrinə vəziyyətə nəzarəti davam etdiririk”.
Telegram kanalımız