Marketlərin elektrik qənaəti - İnsanları necə zəhərləyirlər?

saytların hazırlanması

Evə çatdırılma

Marketlərin elektrik qənaəti - İnsanları necə zəhərləyirlər?

Sosial

05 Aprel 2019 17:30 845


Bir neçə müddətdir qida məhsulları ilə bağlı problemlər yenidən gündəmdədir. Uşaq qidasından tapılan yad cisimlər, bu gün sosial şəbəkədə yayılan tarixi ötməmiş yoqurtun kiflənməsi, saxta mallar istehsal edən şəxsin aşkar olunması  məsələsi belə problemlərin hələ də davam etdiyini, bəzi marketlərin məhsulların saxlanma şəraitinə laqeyd yanaşdığını göstərir.

Problemlə bağlı “Yeni Sabah”a danışan Azərbaycan İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov yeni istehsal olunan məhsulun belə xarab ola biləcəyini vurğulayıb:

“Yeni mal elə bir şəraitdə saxlanıla bilər ki, tarixi ötməmiş xarab olsun. Biz səhərlər marketlərə girəndə pis qoxu gəldiyini hiss edirik. Bu o deməkdir ki, gecələr elektrikə qənaət etmək üçün soyuducuları söndürürlər. Mallar burada xarab olur və gündüzlər taxıb işlədirlər. Malların saxlanma şəraitinin pis olması  gətirib belə vəziyyətə çıxarır. Çox təəssüf ki, bu hallar Azərbaycanda var. Qida Təhlükəsizliyi Agentliyi bu sahədə rasional iş görməlidir. İctimaiyyətlə yaxşı iş aparmalıdır. İnsanlar da dəstək verməlidir ki, bunun qarşısı alınsın. “1003”çağrı mərkəzi əhalinin telefon xəttinə operativ cavab verməlidir. Saat 6-da işdən gedirlər. Bəs bu saatdan sonra insanlar kimdən soruşsunlar? Elə bir iş qurmaq lazımdır ki, sutka ərzində fəaliyyət göstərə bilsinlər”.  pizza hut

Əsmər Qabil

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!