Marko Rubio ABŞ administrasiyasındakı vəzifəsindən getdi

saytların hazırlanması

Evə çatdırılma

Marko Rubio ABŞ administrasiyasındakı vəzifəsindən getdi

Siyasət

06 Fevral 2026 01:58 733


ABŞ-nin dövlət katibi Marko Rubio ölkənin arxiv müdirinin səlahiyyətlərinin icraçısı vəzifəsini tərk edib. O, bu vəzifəni təxminən bir il idi icra edirdi.

"Yeni Sabah" xəbər verir ki, bu barədə CNN ABŞ Milli Arxivlər və Sənədlər İdarəsinə (NARA) istinadən məlumat yayıb.

Milli Arxiv ABŞ hökumətinin sənədlərini - kağızları, fotoşəkilləri, xəritələri, filmləri və elektron qeydləri saxlayır. Arxiv müdiri, həmçinin federal qurumların sənədləşmə qaydalarına əməl etməsinə və informasiya azadlığı haqqında qanunun icrasına nəzarət edir. Dominos pizza

NARA-nın baş hüquq müşaviri Mett Dammermutun sözlərinə görə, Rubio öz səlahiyyətlərini müavini Ceyms Bayrona həvalə edib.

Rubionun bu vəzifədə qalma müddəti federal vakant vəzifələrin islahatı haqqında qanuna uyğun olaraq başa çatıb. Həmin qanuna görə, bu postda qalma müddəti 210 gün (təxminən yeddi ay) ilə məhdudlaşdırılır./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!