Marko Rubio Zelenskini yalan danışmaqda ittiham etdi

saytların hazırlanması

Evə çatdırılma

Marko Rubio Zelenskini yalan danışmaqda ittiham etdi

Dünya

27 Mart 2026 23:43 519


Ukrayna Prezidenti Volodimir Zelenskinin Vaşinqtonun Donbasdan qoşunların çıxarılması ilə bağlı tələbləri barədə dedikləri həqiqəti əks etdirmir.

"Yeni Sabah" xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.

Onun sözlərinə görə, ABŞ Ukrayna qarşısında belə bir şərt irəli sürməyib. Dördpendirli pizza

“Bu, yalandır. Mən onun bunu dediyini gördüm və təəssüf edirəm ki, belə danışır, çünki bunun doğru olmadığını bilir”, – deyə ABŞ dövlət katibi qeyd edib.

O əlavə edib ki, Kiyevə izah olunan məsələ fərqli olub:

“Təhlükəsizlik zəmanətləri yalnız müharibə başa çatdıqdan sonra qüvvəyə minəcək”, – deyə Rubio vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!