Masallı rayonunda ağır yol qəzası baş verib.
Ötən gün axşam saatlarında Masallı-Yardımlı yolunun Ərkivan qəsəbəsindən keçən hissəsində "Mercedes" markalı, 10 MT 517 dövlət qeydiyyat nişanlı avtomobil idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb və aşıb. Hadisə nəticəsində sürücü və 3 sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər. Yaralılardan 36 yaşlı Ramal Həsənov tibbi müdaxilələrə baxmayaraq vəfat edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Marqarita pizza
Publika.az
Telegram kanalımız