Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yenisabah.az xəbər verir ki, qəza rayonun Ərkivan qəsəbəsində qeydə alınıb. Kənan Nəsirovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil Ümid Əşrəfovun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə 3 nəfər yaralanıb, 1 nəfər isə dünyasını dəyişib.
Xəsarət alan şəxslər təcili tibbi yardım maşınları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər. Dominos pizza
Qəza nəticəsində vəfat edən şəxsin meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.
Ölən şəxsin və yaralananların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır./APA
Telegram kanalımız