Masallıdakı 8 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi başlandı

saytların hazırlanması

Evə çatdırılma

Masallıdakı 8 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi başlandı

Kriminal

09 İyul 2019 10:41 1367


Bu gün səhər saatlarında Masallı rayonunda baş verən yol-nəyliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.

"Yeni Sabah" xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Respublika Dövlət Yol Polisi İdarəsinin Mətbuat xidmətinin rəhbəri Rüfət Quliyev deyib.

O bildirib ki, faktla bağlı istintaq aparılır:

“Qəza səhər 07:00 radələrində Ələt-Astara yolunun 135-ci kilometrliyində qeydə alınıb. 99-LH-458 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobil 10-MG-329 dövlət nömrə nişanlı “KAMAZ”la toqquşub. Hadisə zamanı səkkiz nəfər ölüb, bir nəfər xəsarət alıb. İstintaqın yekununda qəzanın hansı səbəbdən baş verdiyi məlum olacaq”.

Qeyd edək ki, mikroavtobusdakı sərnişinlər toya gedirmişlər. Ölənlərdən ikisi qadın, üçü kişi, üçü isə uşaq olub. Ölənlər Lerik sakinləridir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!