Masazırda azyaşlını sinif yoldaşının atası vəhşicəsinə döydü - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Masazırda azyaşlını sinif yoldaşının atası vəhşicəsinə döydü - FOTO

Kriminal

09 Dekabr 2022 09:23 2449


Abşeron rayonu Masazır qəsəbəsində 8-ci sinif şagirdi Şirinov Məhəmməd Vüsal oğlu hücuma məruz qalıb.

Bu barədə BAKU.WS-ə şagirdin ailə üzvləri məlumat verib.

Onlar bildirib ki, hadisə dünən məktəbdən evə qayıdarkən qeydə alınıb: pizza sifarişi

"Şirinov Məhəmməd Vüsal oğlu məktəbdən evə qayıdarkən dayanacaqda bir maşın saxlayıb. İçərisindən düşən üç nəfər küçənin ortasında, hamının gözü önündə uşağı möhkəm döyüblər. Yerə yıxıb sürüyərək, təpik və yumruqla çırpıblar, zorla maşına mindirmək istəyiblər.

Dünən xəstəxanada uşağın yarılmış qaşına tikiş düşüb. Bədəni gömgöydür. Uşağı döyənlər Məhəmmədin sinif yoldaşı Ramazanın atası və yandaşları olub. Səbəbi də uşaqların məktəbdəki mübahisəsi olub. Sinif yoldaşları da günahın məhz döyən adamların uşağında olduğunu deyirlər".

Hadisə ilə əlaqədar hüquq mühafizə orqanına müraciət edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!