Maşın almaq istəyənlərə PİS XƏBƏR: Qiymətlər yenidən artdı

saytların hazırlanması

Evə çatdırılma

Maşın almaq istəyənlərə PİS XƏBƏR: Qiymətlər yenidən artdı

Avto

12 May 2026 14:42 518


Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) 2026-cı ilin aprel ayı üzrə avtomobil bazarında qiymət indekslərini açıqlayıb.

“Yeni Sabah”ın məlumatına görə, palatadan Oxu.Az-a bildirilib ki, bahalaşma davam etsə də, əvvəlki aylarla müqayisədə artım tempində zəifləmə müşahidə olunub.

Hesabata əsasən, 2025-ci ilin dekabr ayının baza dövrü kimi qəbul edildiyi indeks üzrə ümumi bazar göstəricisi aprel ayında 105.8 bəndə yüksələrək baza dövrü ilə müqayisədə 5.8%, mart ayı ilə müqayisədə isə 1.3% artıb. Bu isə bazarda yüksəliş trendinin davam etdiyini, lakin qiymət artımının daha sabit mərhələyə keçdiyini göstərir. Pepperoni pizza

Palatanın təhlillərinə görə, bazarda əsas hərəkətverici qüvvə yenə də ikinci əl avtomobillər seqmenti olub. İkinci əl avtomobillər üzrə indeks aprel ayında 108.2 bənd təşkil edib ki, bu da dekabr ayı ilə müqayisədə 8.2%, mart ayı ilə müqayisədə isə 2.1% artım deməkdir. Yeni avtomobillər seqmentində isə artım daha zəif olub. Belə ki, yeni avtomobillər indeksi baza dövrü ilə müqayisədə 3.5%, mart ayı ilə müqayisədə isə 0.8% yüksəlib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!