Maşın elektrik dirəyinə çırpıldı, sürücü öldü - Azərbaycanda

saytların hazırlanması

Evə çatdırılma

Maşın elektrik dirəyinə çırpıldı, sürücü öldü - Azərbaycanda

Hadisə

10 Noyabr 2019 07:50 1074


Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Yeni Sabah" xəbər verir ki, hadisə ötən gecə rayonun Qarabaqqal kəndində qeydə alınıb.

Kənd sakini 1984-cü il təvəllüdlü Xəlilov Anar Muxtar oğlu idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq elektrik dirəyinə çırpılıb. Hadisə zamanı ağır bədən xəsarətləri alan A. Xəlilov dünyasını dəyişib. pizza

Avtomobilin çırpıldığı  elektrik dirəyi aşıb, naqillər qırıldığı üçün iki kəndə elektrik verilişi dayanıb.    

Faktla bağlı araşdırma aparılır. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!