Göyçay rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Yeni Sabah” xəbər verir ki, hadisə bu gün saat 13 radələrində Göyçay şəhərinin Heydər Əliyev prospektində baş verib. "VAZ 2107" markalı minik avtomobili Ucar şəhər sakini, 2012-ci il təvəllüdlü Abdullayev Saqil Anar oğlunu vurub. Məktəbli ağır bədən xəsarətləri alıb. Təcili olaraq o, Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Hazırda isə vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır. Dördpendirli pizza
Davud Tarverdiyev
Telegram kanalımız