Maşın oğrularının saxlanılma görüntüləri - Video

saytların hazırlanması

Evə çatdırılma

Maşın oğrularının saxlanılma görüntüləri - Video

Kriminal

25 May 2024 16:09 1159


Bakının Xəzər rayonu Binə qəsəbəsində paytaxt sakini olan bir nəfərə məxsus "Chevrolet" markalı avtomobil qaçırılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polisin keçirdiyi tədbirlərlə avtomobilin paytaxt ərazisində idarə olunduğu və hərəkət trayektoriyası müəyyən edilib. Təqib olunan avtomobil polislərdən yayınmağa çalışsa da, hadisəni törədən Bakı şəhər sakini əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 2001-ci il təvəllüdlü Namiq İsmayilov və həmin vaxt yanında olan daha bir qadın saxlanılıblar. N.İsmayılovdan narkotik vasitə olan heroin də aşkarlanıb. pizza

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsində araşdırmalar aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!