Maşında tapançalı şəxs: DİN araşdırma aparıb

saytların hazırlanması

Evə çatdırılma

Maşında tapançalı şəxs: DİN araşdırma aparıb

Kriminal

07 Avqust 2024 14:28 1278


Sosial şəbəkələrdə paytaxt ərazisində hərəkətdə olan avtomobildəki sərnişinin əlindəki tapançanı ətrafa yönəltməsinini əks etdirən görüntülər araşdırılıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, həmin maşının sürücüsü və sərnişini müəyyən edilib.

Şirkətlərdən birində kuryer kimi çalışan 2002-ci il təvəllüdlü şəxs və sürücü müəyyən olunaraq polis idarəsinə gətirilib. Məlum olub ki, onun ətrafa yönəltdiyi odlu silaha bənzəyən tapança oyuncaqdır. O, izahatında oyuncağı əyləncə məqsədilə ətrafa yönəltdiyini və bu əməlinə görə peşiman olduğunu bildirib. Dördpendirli pizza

Qanunvericiliyə uyğun olaraq onlar barəsində müvafiq tədbirlər görülür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!