Maşını oğurlanan MSK üzvünün adı məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

Maşını oğurlanan MSK üzvünün adı məlum oldu

Hadisə

04 Aprel 2020 19:22 908


Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini A.İbrahimov avtomobillə birgə saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, aprelin 2-də saat 23 radələrində Nəsimi rayonu ərazisindən Bakı şəhər sakini Ş.Əliyevin idarə etdiyi “Chrysler” markalı avtomobilin qaçırılması barədə 21-ci Polis Bölməsinə məlumat daxil olub.

DİN-in Təhlükəsiz Şəhər Xidməti, Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsi və Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş A.İbrahimov avtomobillə birgə saxlanılıb. Marqarita pizza

Modern.az-ın əldə etdiyi məlumata görə, avtomobili oğurlanan şəxs Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Şaitdin Əliyevdir. O, MSK-ya məxsus “Chrysler” markalı, 10-AS-301 dövlət nömrə nişanlı avtomobili idarə edir.

Qeyd edək ki, Ş.Əliyev ikinci çağırış Milli Məclisin deputatı olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!