Qaxda avtomobil piyadanı vuraraq öldürüb.
"Yeni Sabah" xəbər verir ki, hadisə axşam saatlarında şəhər ərazisində baş verib. Belə ki, yolu kecmək istəyən şəhər sakini, 1950-ci il təvəllüdlü Soltanov Məhəmməd Tofiq oğlunu Xəqan adlı sürücü idarə etdiyi avtomobillə vurub. Yaralı Qax Rayon Mərkəzi xəstəxanasına aparıldıqdan bir qədər sonra dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır. /Qafqazinfo Telegram kanalımız