Mask: Ukrayna uduzub və bunu heç nə dəyişməyəcək

saytların hazırlanması

Evə çatdırılma

Mask: Ukrayna uduzub və bunu heç nə dəyişməyəcək

Dünya

20 Fevral 2024 16:36 618


Ukrayna hakimiyyəti bir il əvvəl sülh sazişi bağlamalı idi, bu, minlərlə insanın həyatını xilas edə bilərdi.

Yenisabah.az xəbər verir ki, bu fikirləri amerikalı iş adamı İlon Mask X sosial şəbəkəsində bildirib.

O, Rusiya ilə Ukrayna arasında atəşkəs və sülh danışıqlarının başlanmasının zəruriliyindən bəhs edən yazıya münasibət bildirib. pizza

Mask yazıb ki, Kiyev “uduzub və bunu heç nə dəyişməyəcək”, hətta ABŞ-dan 60 milyon dollar kömək etməyəcək.

O əlavə edib ki, Rusiya “Krımı və şərqi Ukraynanın bir hissəsini özündə saxlayacaq”.

"Bəli. Yeganə sual budur ki, bu reallıq qəbul edilənə qədər nə qədər insan öləcək. Sülh müqaviləsi bir il əvvəl bağlanmalı idi. O vaxtdan bəri minlərlə oğlan boş yerə öldü və Ukraynanın mövqeyi hər gün zəifləyir”, - deyə İlon Mask qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!