Şəmkir rayonunun Kür qəsəbəsində yerləşən evlərdən birinə maskalanmış formada daxil olan naməlum şəxs ev sahibinə küt alətlə xəsarət yetirərək pul vəsaitini ələ keçirib.
Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Polis əməkdaşları tərəfindən qeyri-aşkar şəraitdə törədilən cinayət əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini, 44 yaşlı Akif Məmmədov müəyyən edilərək saxlanılıb. pizza
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Telegram kanalımız