Maştağada 244 kiloqramlıq çətənə kolları aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Maştağada 244 kiloqramlıq çətənə kolları aşkarlandı

Kriminal

27 İyun 2019 09:46 1196


Binəqədi RPİ Narkotiklərlə Mübarizə Bölməsinin 14-cü Polis Bölməsi əməkdaşları ilə birgə həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin aqrotexniki qaydada kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbə sakini Nahid Əliyev saxlanılıb. 

DİN-dən “Yeni Sabah”a verilən məlumata görə, ona məxsus qəsəbə ərazisində yerləşən evin həyətindəki hər birinin sahəsi 250 kvadratmetr olan 2 ədəd istixanaya baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən ümumi çəkisi 244 kiloqram olan 912 ədəd çətənə kolu aşkar edilib. N.Əliyev narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq edərək yetişdiridyini etiraf edib. Onun məqsədi isə çətənə kollarını qurudandan sonra satmaq olub. Axtarış zamanı N.Əliyevin yaşadığı evdən əlavə olaraq 650 qram qurudulmuş marixuana və elektron tərəzi  da aşkar edilərək götürülüb. 

Faktla bağlı 14-cü Polis bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib. Əməliyyat və istintaq tədbirləri davam etdirilir.  Pepperoni pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!