May ayında bank kartlarından bu qədər pul oğurlanıb?

saytların hazırlanması

Evə çatdırılma

May ayında bank kartlarından bu qədər pul oğurlanıb?

Kriminal

31 May 2025 09:37 432


May ayı ərzində vətəndaşların bank kartlarından ümumən 300 min manata yaxın (298.5 min) pul kiber üsullarla oğurlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə məlumatı günlük olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayır.

Ən yüksək məbləğdə pulun oğlandığı gün mayın 7-də qeydə alınıb. Həmin gün vətəndaşların bank kartlarından 30 min manatdan çox pul talanıb. Sezar pizza

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edir.

Rəsmi rəqəmlərə görə, son 4 ayda Azərbaycanda bank kartlarından vətəndaşların 6 milyon manatdan çox vəsaiti oğurlanıb.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!