Maykl Günter: “İlham Əliyev ingilis dilində Trampdan yaxşı danışırdı” - Video

saytların hazırlanması

Evə çatdırılma

Maykl Günter: “İlham Əliyev ingilis dilində Trampdan yaxşı danışırdı” - Video

Siyasət

29 Aprel 2022 20:28 883


“Mən bura İkinci Qarabağ müharibəsi başlayandan bəri iki kitab yazmışam deyə dəvət olunmuşam”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Tennesi Texnologiya Universitetinin professoru Maykl Günter deyib.

O, bu gün Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda iştirak edib. Dördpendirli pizza

Maykl Günter İlham Əliyev haqqında təəssüratlarını bildirərkən onun çox səlis ingilis dilində danışdığını da qeyd edib.

“Sizin prezidentinizdən çox təsirləndim. O təxminən üç saat ərzində müxtəlif insanların suallarını cavablandırdı. Prezidentiniz çoxsaylı müqayisələr apardı. İngilis dilində çox yaxşı danışırdı. Hətta mənim müqayisəmə görə bizim, ABŞ-ın əvvəlki prezidenti Trampdan daha yaxşı danışırdı”, – deyə fikirlərini tamamlayıb.

Daha ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!