“MedAura”da gənc qız burun əməliyyatından sonra komaya düşdü

saytların hazırlanması

Evə çatdırılma

“MedAura”da gənc qız burun əməliyyatından sonra komaya düşdü

Hadisə

03 Noyabr 2025 14:23 885


Bakıda "MedAura" klinikasında gənc qız əməliyyat zamanı komaya düşüb. 

"Yeni Sabah" moderator.az-a istinadla xəbər verir ki, bu barədə xəstənin yaxınları şikayət ediblər.

Nigar Budaqlı aprelin 30-da "MedAura" klinikasında burun nahiyəsindən cərrahiyyə-plastik əməliyyat (rinoplastika) olunub. Əməliyyat zamanı həkimlərin səhlənkarlığı nəticəsində Nigar koma (kliniki ölüm) vəziyyətinə düşüb. Əməliyyat cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva həyata keçirib. Sezar pizza

Şikayətçinin sözlərinə görə, faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılsa da, 6 aydan artıq müddət keçməsinə baxmayaraq, həkimlər barəsində qanuni tədbir görülməyib.

Xəstənin ailə yaxınları bildirir ki, ekspert rəyinə əsasən, xanımın ağır vəziyyətə düşməsi məhz həkimlərin səhvi ucbatından baş verib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!