Mədəniyyət nazirinin paylaşımı müzakirələrə səbəb oldu - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Mədəniyyət nazirinin paylaşımı müzakirələrə səbəb oldu - FOTO

Mədəniyyət

30 Noyabr 2022 15:10 2010


Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun paylaşımı müzakirələrə səbəb olub. 

Bakupost.az bildirir ki, nazir öz sosial şəbəkə hesabında görkəmli bəstəkar Rauf Hacıyevin 100 illiyi münasibətilə paylaşım edib.

Lakin o, paylaşımında Rauf Hacıyevi bəstəkar deyil, cazmen kimi təqdim edib. Toyuqlu pizza

Qeyd edk ki, Rauf Hacıyev Üzeyir Hacıbəyovun tələbələrindəndir. O Azərbaycan filmlərinə musiqilər bəstələyib, yadda qalan çoxlu sayda mahnıların müəllifidir. Bəstəkarın "Sevgilim", "Mənim Azərbaycanım", "Lirik mahnı", "Bahar gəlir", "Sevimli şəhər", "Bakı haqqında mahnı", "Leyla", "Neft daşlarında", "Ceyran" mahnıları çox populyardır.

O, 1964-cü ildə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına direktor, 1965-ci ildə isə Azərbaycan Respublikasının Mədəniyyət Naziri təyin olunub. Nazir işlədiyi illərdə onun təşəbbüsü ilə Azərbaycan Dövlət xor kapellası, Mahnı Teatrı, Azərbaycan Dövlət rəqs ansamblı, eləcə də dünyada birinci Xalçaçılıq muzeyi açılıb. Azərbaycan Bəstəkarlar İttifaqının V qurultayında idarə heyətinin birinci katibi, VI qurultayda isə idarə heyətinin katibi seçilib. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!