Mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanov bu gün Yasamal qəbiristanlığında dəfn olunacaq.
Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Onun nəşi bu gün saat 14:00-da Təzə Pir məscidindən qəbiristanlığa yola salınacaq. Dominos pizza
Məsələ Mədəniyyət Nazirliyinin diqqətindədir, dəfnlə bağlı bütün məsələlər üzrə nazirlikdən kömək göstərilib: “Məsələ ilə mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov məşğul olur. Dəfnlə bağlı məsələlər Mədəniyyət Nazirliyinin, Akademik Milli Dram Teatrının və Yasamal rayon İcra Hakimiyyətinin diqqətindədir”.
Telegram kanalımız