YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Mədəniyyət Nazirliyi: “Etirazçılar sabiq direktorun qohumlarıdır“

Mədəniyyət Nazirliyi: “Etirazçılar sabiq direktorun qohumlarıdır“

Mədəniyyət

30 Sentyabr 2022 15:51 1882


Mədəniyyət Nazirliyi Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi Məktəbi ilə bağlı məlumat yayıb.

Yenisabah.az xəbər verir ki, məlumatda qeyd olunur: "Nazirliyin tabeliyində fəaliyyət göstərən Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi Məktəbinin direktor müavini və bəzi müəllimlərinin yeni direktor təyinatına qarşı itaətsizlikləri və etirazları nəticəsində məktəbdə yaranan vəziyyətlə bağlı mediada yayımlanan məlumatlarla əlaqədar və məktəbin ümumi fəaliyyətinə dair nazirlik tərəfindən xidməti araşdırma aparılıb.

Araşdırma nəticəsində müəyyən olunub ki, məktəb rəhbərliyinin, həmçinin bəzi müəllimlərin təşkilatçılığı və iştirakı ilə ictimai qaydanı kobud surətdə pozan, vətəndaşların təhsil müəssisəsinə və müəllimə etimadının azalmasına, müəssisənin normal iş fəaliyyətinin iflic edilməsinə səbəb olan hərəkətlərə yol verilib, bunun nəticəsində təhsil müəssisəsində sağlam işgüzar mühit korlanıb.

Eyni zamanda, məktəbdə tədrisin təşkili ilə bağlı ciddi nöqsanların olması, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun 7-ci maddəsinin tələblərinin pozularaq vəzifəli şəxslərin yaxın qohumlarının birgə işləməsinə yol verilməsi, məktəbin fəaliyyətində dövlət vəsaitinin israf edilməsi halları, korrupsiya ilə əlaqədar hüquqpozmalara yol verildiyi barədə məlumatlar aşkar olunub.

Sentyabrın 1-də məktəbdə baş verən hadisənin iştirakçıları olan müəllimlərin əksəriyyəti məktəb rəhbərliyinin qohumları olmaqla sabiq direktor Rövşən Zamanovun bacısı, bacısının əri, bacısının qızı, bibisi nəvəsi və tədris işləri üzrə direktor müavini Afət Məmmədovanın qudası, qardaşının arvadı, qızının əri, qızının qaynı və digər qohumlarından ibarətdir.

Qeyd olunan hallarla bağlı qanunvericiliyə uyğun olaraq hüquq-mühafizə orqanlarına müraciət olunub. Eyni zamanda, hazırda məktəbdə sağlam işgüzar mühitin yaradılması, vətəndaşların təhsil müəssisəsinə və müəllimə etimadının bərpa olunması, müəssisənin normal iş fəaliyyətinin təşkil olunması istiqamətində zəruri tədbirlər görülməkdədir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!