Mədəniyyət Nazirliyi mərakeşli jurnalistlərlə görüş keçirib

saytların hazırlanması

Evə çatdırılma

Mədəniyyət Nazirliyi mərakeşli jurnalistlərlə görüş keçirib

Mədəniyyət

04 İyul 2025 15:37 595


İyulun 4-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində Mərakeş Krallığından olan bir qrup tanınmış media nümayəndəsi ilə görüş keçirilib.

Yenisabah.az xəbər verir ki, görüşdə “Morocco World News”, “Zamane”, “Al-Alam”, “Le Matin”, “Hespress”, “Al Ahdath Al Maghribia”, “Maroc Hebdo” və “Le360” kimi nüfuzlu media orqanlarının təmsilçiləri iştirak ediblər.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova Azərbaycan-Mərakeş münasibətlərində mədəni əməkdaşlığın xüsusi rol oynadığını vurğulayıb.  pizza sifarişi

Mərakeşli jurnalistlər Azərbaycanın mədəniyyət ocaqları ilə tanışlıqdan məmnunluqlarını ifadə edərək ölkəmizin zəngin mədəni mənzərəsinin onlarda dərin təəssürat yaratdığını bildiriblər.

Qeyd edək ki, görüş zamanı bu qəbildən səfərlərin iki ölkənin media və mədəniyyət dairələri arasında gələcək əməkdaşlıq üçün bir platforma ola biləcəyi diqqətə çatdırılıb.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!