Mədəniyyət Nazirliyi Xalq artistinin vəfatı ilə bağlı nekroloq yaydı

saytların hazırlanması

Evə çatdırılma

Mədəniyyət Nazirliyi Xalq artistinin vəfatı ilə bağlı nekroloq yaydı

Mədəniyyət

09 Aprel 2023 19:15 1838


Mədəniyyət Nazirliyi Xalq artisti Azər Paşa Nemətovun vəfatı ilə bağlı nekroloq yayıb.

Yenisabah.az xəbər verir ki, nekroloqda bildirilib ki, Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru Azər Paşa Zəfər oğlu Nemətov aprelin 9-da, ömrünün 76-cı ilində vəfat edib:

"1991-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqına da rəhbərlik edən Azər Paşa Nemətovun fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. Teatr sənəti sahəsində xidmətlərinə görə 1987-ci ildə Əməkdar incəsənət xadimi, 2002-ci ildə Xalq artisti fəxri adlarına, 2007-ci ildə “Şöhrət”, 2022-ci ildə “Şərəf” ordenlərinə layiq görülüb. pizza hut

Allah rəhmət eləsin!". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!