Azərbaycan mədəniyyətinə itki üz verib. Teatr və kino aktrisası, respublikanın Əməkdar artisti Tünzalə Əliyeva uzun sürən xəstəlikdən sonra yanvarın 22-də, ömrünün 50-ci ilində vəfat edib.
Yenisabah.az xəbər verir ki, Əməkdar artistin ölümü ilə bağlı Mədəniyyət Nazirliyinin "Facebook" hesabında paylaşım edilib.
"Tünzalə Məcid qızı Əliyeva 1973-cü il fevralın 15-də Gəncə şəhərində anadan olub. 1993-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirib. Gəncə Dövlət Kukla Teatrında, Gəncə Dövlət Dram Teatrında çalışıb. 2003-cü ildən yaradıcı fəaliyyətini Bakıda, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının truppasında davam etdirib. Teatrın repertuarındakı bir sıra tamaşalarda yaddaqalan obrazlar (Natella – M.Haqverdiyev, "Qısqanc ürəklər"; Şahnaz – A.Rəhimov "Pul hərisləri"; Mehriban – Ə.Nesin, "Toros canavarı", Sənəm – Ü.Hacıbəyli, "O olmasın, bu olsun" və s.) yaradıb. Həmçinin müxtəlif filmlərdə çəkilən, əyləncəli televiziya proqramlarında iştirak edən aktrisa geniş tamaşaçı rəğbəti qazanıb. Pepperoni pizza
Tünzalə Əliyevanın yaradıcı fəaliyyəti dövlət tərəfindən qiymətləndirlib, 2007-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.
Allah rəhmət eləsin", - paylaşımda deyilir.
Telegram kanalımız