“2015-ci ildə mənə qarşı həbsdə ən ciddi təzyiqlər edilirdi. Bu təzyiqlər, “zonda” sadə məhbuslar arasında hörmətimi ancaq artırırdı. Penitensiar Xidmətin rəhbəri Mədət Quliyev bunu görürdü və narahat idi. Bilmirəm ağılına nə gəlirdi, bəlkə fikirləşirdi ki, birdən İlqar kriminal avtoritetə çevrilər”.
“Yeni Sabah” xəbər verir ki, bunu REAL Partiyasının sədri İlqar məmmədov deyib. O, bildirib ki, kriminal aləmin belə bir prinsipi var ki, türmədə nəzarətçilərin əmri ilə daşı daş üstünə qoymuş adam “avtoritet”, ya da “vor v zakone” ola bilməz, yəni ancaq sadə dustaq olaraq qala bilər.
“Sentyabr ayında zabitlər məni apardılar “zon”un emalatxanalar ərazisinə. Çəkiliş kamerasını üstümə tutub əmr elədilər ki, bu dəmiri ordan götür bura qoy, bu dəmiri ordan götür o tərəfə apar. pizza sifarişi
Fikirləşdim ki, bu Penitensiarın ağılına bax, kriminal aləmlə siyasi məhbusların aləmi hələ Rusiya çarı vaxtlarından, hətta Stalin dövründə tamamilə bir-birindən ayrı idi. Penitensiar isə, guya məni türmədə işlətməklə alçaldacaqmış.
Rəsmi qaydalarda yazılıb ki, məhbuslar hansısa növbəliklə ətrafın təmizlənməsinə cəlb edilə bilərlər. Bu qaydaları pozmadan, təbii ki, əmrə tabe olub, o dəmir-dümürü ora-bura daşıdım. Kameraya çəkdilər. Bir həftə sonra yenə çəkdilər. Sonra üçüncü dəfə. Bununla da bitdi, ürəkləri soyudu. Bu cür əmək fəaliyyətim üst-üstə 5-10 dəqiqə davam etmişdi.
Dünən Mədət Quliyevi təyin elədilər müdafiə emalatxanasının rəisi vəzifəsinə. Siyasi məhbusları ora aparıb işlətmək ağılından keçirmi?”.
Telegram kanalımız