“Mediaya ayrılan pulların bir neçə nəfərin cibinə axmasına imkan verilməməlidir“

saytların hazırlanması

Evə çatdırılma

“Mediaya ayrılan pulların bir neçə nəfərin cibinə axmasına imkan verilməməlidir“

Maraqlı

02 İyun 2021 16:04 1028


“Mediaya dövlət dəstəyinin tərəfdarıyam. Hesab edirəm ki, Azərbaycan kimi medianın yenicə inkişaf yoluna qədəm qoyduğu ölkələrdə dövlət media təsisatlarına yardım etməlidir. Amma bu medianın dövlətdən birdəfəlik asılılığına gətirib çıxarmamalıdır. Təəssüflər olsun ki, qəzetlərə edilən maddi yardım hələ də özünü doğrultmayıb”.

Bu fikirləri SİA-ya açıqlamasında Yenisabah.az saytının Baş redaktoru Seymur Verdizadə deyib.

Onun sözlərinə görə, bu günlərdə Medianın İnkişaf Agentliyinin maddi dəstəyi olmasa qəzetlərin çoxu öz mövcudluğunu davam etdirə bilməz: “Bu baxımdan edilən yardımların qəzetlərin maddi bazasının gücləndirilməsinə, böyük auditoriya qazanmasına gətirib çıxarmalıdır. Yəni, bu prosesi elə təşkil etmək lazımdır ki, həmin yardımlar havaya sovrulmasın, edilən yardımın nəticəsi olsun. Bu dəfə yenilik ondan ibarətdir ki, çoxlu sayda sayta maddi yardım edilməsi nəzərdə tutulur. Artıq internet mediası bizim xəbər məkanında aparıcı yerə sahibdir. Cəmiyyətimizin əksər hissəsi yeni xəbərləri internet mediadan alırlar. Bu mənada Azərbaycanda internet medianın güclənməsinə, inkişafına ehtiyac var”. Toyuqlu pizza

S.Verdizadə vurğulayıb ki, saytlara maliyyə yardımının ayrılması bütövlükdə bu sektorun inkişafına təkan verəcək: "Ümid edirəm ki, ayrılan vəsaitlər təyinatı üzrə xərclənəcək. Medianın İnkişafı Agentliyinin rəhbərliyindən xahiş edirəm ki, güclü monitorinq aparsınlar və ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsinə nəzarət etsinlər. Yəni, bu birbaşa kollektivin rifahının yaxşıladırılmasına yönəldilsin. Pulun bir neçə nəfərin cibinə axmasına imkan verilməsin”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!